03 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Tək Millət, Tək Ürək” Beyləqanda - FOTOLAR

11.01.2021

 Dövran Media xəbər verir ki, "Tək Millət, Tək Ürək” layihəsinin davam olaraq Beyləqanda Şəhid ailələri ziyarət edilib.

Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin çağrışına müvafiq olaraq, Milli Məclisin deputatı Ramil Həsənin təşəbbüsü əsasında TÜİB Başkanı Hüseyin Büyükfıratın dəstəyi ilə yaradılmış "Tək Millət, Tək Ürək” Humanitar Platforması çərçivəsində qardaş Türkiyənin  Diyanet İşleri Başkanlığı, Türkiyə  Diyanet Vakfının və Türkiyə Cümhuriyyəti Bakı Böyükelçiliyinin Din Hizmetleri Müşavirliyinin hər tərəfli köməkliyi ilə On altınci  yardım aksiyası olaraq Beyləqan rayonunu əhatə edən bütün qazi ailələrimizin ehtiyaclarını təmin edəcək sovqatların ünvanlara çatdırılması davam edir. 

Layihənin həyata keçirilməsinə öz dəstəyini əsirgəməyən Türkiyə Cümhuriyyəti Bakı Böyükelçisi cənab Erkan Özorala, TÜİB sədri Hüseyin Büyükfırata, qardaş Türkiyə Cümhuriyyətinin dövlət və hökumət adamlarına, eyni zamanda yardımların paylanmasında bizə  hər tərəfli şərait yaradan, ev sahibliyi edən Beyləqan rayon İcra Hakimiyyətinin Başçısı Asif Ağayevə  və Beyləqan Seçki Dairəsindən Milli Məclisin deputatı Şahin İsmayılova xüsusi təşəkkürümüzü bildiririk.