03 05 2024-cu il Bakı 16 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanda itkin ailələri aksiya keçirdi

11.01.2021

 Ermənistanda müharibə zamanı itkin düşmüş hərbi qulluqçuların ailə üzvləri növbəti etiraz aksiyası keçirib.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu dəfə aksiya Ermənistan Müdafiə Nazirliyinin Xüsusi Hərbi İstintaq İdarəsinin qarşısında keçirilib. İtkin ailələri övladları haqqında xəbər almaq istəyiblər.

Aksiya zamanı baş nazir Nikol Paşinyanın əleyhinə şüarlar və istefa çağırışları səsləndirilib. Polis aksiyanı dağıdıb. Həbslərin olduğu deyilir.