Ağ Evdə bayraqlar yarıya endirildi - FOTO 
    
                          
     
                         11.01.2021
 
    
                         ABŞ-da Donald Trampın tərəfdarlarının Konqres binasına müdaxiləsi nəticəsində öldürülən polis məmurlarının şərəfinə bayraqlar endirilib. 
DM xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Ağ Ev qərar qəbul edib. 
Xatırladaq ki,  6 yanvar tarixində  ABŞ-ın paytaxtı Vaşinqtonda yerləşən Kapitoliyə  Co Baydenin  prezidentliyini qeydə almaq üçün keçirilən iclas zamanı prezident Donald Trampın tərəfdarları tərəfindən basqın edilib.  Şiddət nəticəsində 5 nəfər həyatını itirib, onlarla insan yaralanıb.  Hadisələrlə əlaqəli olduğu düşünülən 60-dan çox adam nəzarətə alınıb.