25 08 2025-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

ÜST ekspertləri Çinə gedəcək

11.01.2021

Çin yeni növ koronavirus (COVID-19) infeksiyasının mənşəyini araşdıracaq Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) ekspertlərinin ölkəyə girişinə icazə verib.

DM-in TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə bu gün Çinin Gigiyena və Səhiyyə Məsələləri üzrə Komitəsi məlumat yayıb.

Bildirilib ki, ÜST-ün ekspertləri yanvarın 14-də Çinə səfər edəcəklər.

Səfər çərçivəsində ÜST-ün ekspertləri çinli alimlərlə koronavirusun mənşəyini araşdıracaqlar. Tədqiqatçılardan ibarət heyətin COVID-19-un ilk qeydə alındığı Uhan şəhərinə gedərək araşdırma aparması gözlənilir.

Qeyd edək ki, COVID-19-un mənşəyini araşdıracaq ÜST-ün ekspertləri uzun müddətdir Çinə giriş icazəsi gözləyirdilər. ÜST səfərin gecikməsinin viza problemi ilə bağlı olduğunu bəyan etmişdi.