Tramp son anda İrana zərbə endirə bilər – Hilardi  
    
                         
     
                         10.01.2021
 
    
                         Donald Trampın hakimiyyəti tərk etməmişdən öncə İrana müharibə elan edəcəyindən qorxuruq.
DM xəbər verir ki, bunu ABŞ kəşfiyyatının sabiq əməkdaşı Filip Hilardi deyib.
"Trampın İranla müharibəyə başlayacağına dair narahatlığım var. Çünki o, bunu edə biləcək xarakterə malikdir. Buna görə də yanvarın 20-nə qədər vəzifədən uzaqlaşdırılmalıdır”, - F.Hilardi bildirib.