Gürcüstan-Azərbaycan sərhədində ZƏLZƏLƏ  
    
                         
     
                         09.01.2021
 
    
                         Gürcüstanın Azərbaycanla sərhəddə yerləşən Kaxeti rayonunda 4 bal gücündə zəlzələ baş verib.
DM xəbər verir ki, bu barədə Gürcüstanın Yer Elmləri İnstitutu və Seysmik Monitorinq Milli  Mərkəzi məlumat yayıb.
Bildirilib ki, yerli vaxtla saat 09:00-da baş verən zəlzələnin episentri Qurcaani şəhərinin yaxınlığında yerləşib.
Dağıntı və tələfat barədə məlumat yoxdur.