29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nikol: Bəyanatda “Mehri dəhlizi” sözü yoxdur, ancaq…

08.01.2021

Ermənistanın Baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanatın Ermənustan üçün gələcək prioritetlərini açıqlayıb.

DM xəbər verir ki, o, bu barədə Feysbuk hesabında paylaşım edib.

Onun sözlərinə görə, Ermənistan üçün prioritet mövzular aşağıdakılardır:

"1. Ərizənin 8-ci bəndinin tam həyata keçirilməsi: bununla əlaqədar əsirlərin, girovların, habelə meyitlərin mübadiləsi aparılmalıdır. Hərbi əməliyyatlar zonasında genişmiqyaslı axtarış-xilasetmə işlərinin aparılması da bizim üçün vacibdir.

2. Regionun bütün iqtisadi və nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması. Bu da Ermənistanın Azərbaycan vasitəsilə Rusiyaya və İran İslam Respublikasına həm yükdaşımaları, həm də Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisi ilə yükdaşımalar və nəqliyyat əlaqələrinin həyata keçirilməsi deməkdir.

Bir daha nəzərə çardırıram ki, Bəyanatda Ermənistanın hər hansı ərazisi ilə bağlı nə "Mehri” sözü, nə də "dəhliz” sözü var.

Ermənistan və Rusiyanın, eləcə də Azərbaycanın və Naxçıvanın marşrutlarının seçilməsi ayrıca müzakirə mövzusudur”.