29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Xamneyi ABŞ və Britaniyadan vaksin alınmasını yasaqladı

08.01.2021

 İran İslam Respublikasının ali dini lideri Seyid Əli Xamneyi ölkəsinin ABŞ və Böyük Britaniyadan koronavirus əleyhinə vaksin idxal etməsini qadağan edib.

DM xarici KİV-ə istinadən xəbər verir ki, ali dini lider bunun əvəzinə yerli vaksin istehsalı prosesinin sürətləndirilməsini tövsiyə edib. Bu tövsiyənin tapşırıq kimi qəbul edilməli olduğu bildirilib.

Hazırda İran hökuməti vaksin tədarükü ilə bağlı bütün danışıqları dayandırıb. ABŞ və Britaniyadan koronavirus vaksinlərinin idxal edilməyəcəyi bəyan edilib. Yerli istehsalın tezləşdirilməsi üçün araşdırmaların sürətləndirilməsi prosesi başladılıb.