29 04 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Yunanıstan Azərbaycan qazını almağa başladı

08.01.2021

 Trans-Adriatik qaz kəməri (TAP) ilə Xəzər regionundan Yunanıstana təbii qaz tədarükü başlayıb.

DM Trend-ə istinadən xəbər verir ki, bu barədə Yunanıstanın DEPA şirkəti məlumat yayıb.

Qeyd olunub ki, 2013-cü ilin sentyabrında şirkət "Şahdəniz" konsorsiumu ilə qaz tədarükü ilə bağlı 25 illik müqavilə imzalayıb:

"TAP vasitəsilə kommersiya tədarükünün başlaması ilə Yunanıstan tədarük strukturunu daha çox şaxələndirəcək. Bu layihə rəqabətqabiliyyətli qaz qiymətlərini təmin edəcək və bunun faydasını daha çox istehlakçılar görəcək”.

Qeyd edək ki, 2020-ci il dekabrın 31-də Azərbaycan qazının TAP vasitəsilə Avropaya tədarükü başlayıb.