29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Karantin 18 yanvardan daha tez yumşaldılmalıdır

08.01.2021

 Sərt karantinin uzadılmasına ehtiyac yoxdur. Hətta düşünürəm ki, karantin vaxtından tez yumşaldılmalıdır.

Bunu Azərbaycan Həkimləri İctimai Birliyinin sədr müavini, tanınmış həkim-radioloq Aydın Əliyev deyib.

"Artıq gündəlik yoluxma sayında da azalma var və mərhələli şəkildə yumşalma olmalıdır. Burada vətəndaşların sosial durumu və psixoloji vəziyyəti də nəzərə alınmalıdır”, - o bildirib.

Vaksinasiya ilə bağlı danışan Aydın Əliyev onu da qeyd edib ki, vətəndaşlara qeydiyyatda olduğu əraziyə görə deyil, faktiki yaşayış yerinə yaxın tibb müəssisəsində vaksin vurulması üçün şərait yaradılmalıdır:

"Vaksinasiya strategiyası hazırlanırdı, yəqin ki, yaxın vaxtlarda açıqlanacaq. Birinci növbədə risk qrupları, yəni yoluxanda ağır keçirmə ehtimalı olan yaşlı şəxslər və koronalı xəstələrlə daha çox kontakda olan tibb işçilərinə vaksin vurulmalıdır. Yaşlı şəxslər arasında yanaşı ağır xəstəliyi olan, orqan transplantasiyası olmuş, onkoloji xəstəliyi olan şəxslər də nəzərə alınmalıdır. Həmçinin bütün xəstəxanalar vaksinlə təmin edilməli və insanlara faktiki yaşayış yerinə yaxın tibb müəssisəsində qeydiyyatdan keçmək imkanı yaradılmalıdır”.

Aydın Əliyev dolğu və silikon etdirən şəxslərdə koronavirus peyvəndinin əks-reaksiya verməsi ilə bağlı məlumatlara da münasibət bildirib:

"Düzdür, dolğu və silikondan istifadə edən şəxslərdə vaksinin əks-reaksiya verməsi barədə məlumatlar eşidirik. Lakin bununla bağlı dəqiq elmi araşdırma yoxdur. Düşünmürəm ki, bu deyilənlərin tibbi əsası var”.