29 04 2024-cu il Bakı 22 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Nikah fotosu yayılan qazimiz (Foto)

08.01.2021

 Vətən Müharibəsi qazisi Yusifov Abbas Mədət oğlunun snigah fotoları social şəbəkələrdə böyük marağa səbəb olub.

Qazimiz bir neçə gün öncə nigaha daxil olduğunu bildirib. O qeyd edib ki, döyüşlərdən öncə nişanlı olub:

" Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbi bitirmişəm. Zabit kimi Tərtər rayonunda vətənə xidmət etmişəm.Mən özüm Suqovuşan, Talış kəndi istiqamətində döyüşlərdə iştirak etmişəm. Axırıncı dəfə Talış kəndində gecə saatlarında minaya düşmüşəm. Ayağım topuqdan amputasiya olunub. Cənab Prezident İlham Əliyevin sərəncamı ilə, 3-cü dərəcəli "Vətənə xidmətə görə" ordeni ilə təltif olunmuşam. Döyüşlərdən sonra sevdiyim xanımla ailə qurmaq qərarı verdik. Fotolarımızın kim tərəfindən paylaşıldığını bilmədim. Xalqımıza minnətdarlığımı bildirirəm ki, fotolarımıza xoş sözlər yazırlar, mənə dəstəyini bildirirlər. İnsanların bu münasibəti mənə xoş təsir edir. Gənclərə demək istəyirəm ki, sevgi əngəl tanımamalıdır.”