02 05 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Pravoslav kilsəsi Nazarbayevi təltif etdi

07.01.2021

 Qazaxıstanın keçmiş prezidenti, "Elbaşı" ləqəbli Nursultan Nazarbayev təltifə layiq görülüb.

DM Rusiya KİV-ə istinadən xəbər verir ki, Qazaxıstan Pravoslav Kilsəsi Nazarbayevə ən ali mükafatı təqdim edib. Nursultan Nazarbayev "Alqış" mükafatı ilə təltif olunub.

Mükafatı ona kilsənin patriarxı Aleksandr Moqilev təqdim edib. Moqilev Nazarbayevin Qazaxıstanda dinlərarası mühiti sağlamlaşdırdığı, tolerantlığı və qarşılıqlı anlayışı təşviq etdiyi üçün yüksək qiymətləndirdiyini bildirib. Müxtəlif dinlərə mənsub olan insanların bu ölkədə sülh və uyum içində yaşamasını Nursultan Nazarbayevin böyük xidməti adlandırıb. Həmçinin Qazaxıstandakı yüksək rifaha görə insanların Nazarbayevə minnətdar olmalı olduğu bildirilib.