03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Çox qəzəbləndim" - Angela Merkel

07.01.2021

 Almaniya kansleri Angela Merkel Tramp tərəfdarlarının Konqres binasına girməsini eşidəndə qəzəbləndiyini söyləyib.

DM xarici KİV-ə istinadən xəbər verir ki, Merkel baş verənlərdən narahat olduğunu, həmçinin əsəb keçirdiyini bildirib. Almaniya kansleri ABŞ-ın demokratiya ənənələrinə heyranlıq duyan milyonların da eyni hissləri keçirdiyini vurğulayıb.

"Bu barədə eşidəndə çox qəzəbləndim. Görüntüləri görəndə əsəb keçirdim. Xeyli narahat oldum. Demokratiyanın təməl qaydası seçkilərdə qaliblə məğlubun öz rolunu qavramasını tələb edir. Qarşılıqlı şəkildə reallıqlarla barışmağı vərdişə çevirmək lazımdır. Trampın noyabrdan bəri məğlubiyyətini qəbul etməməsi məni çox kədərləndirdi. Demokratiyanın mövcudluğu üçün hamı öz üzərinə düşən məsuliyyətə uyğun şəkildə öhdəliklərini yerinə yetirməlidir", - deyə Merkel bəyan edib.