02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya həkimləri Paşinyanı yoxlayırlar

07.01.2021

 Rusiya səhiyyə işçilərini daşıyan xüsusi təyyarə Moskvadan Yerevana gəlib.

DM "Sputnik Ermənistan”a istinadən bildirir ki, həkimlər Rusiya paytaxtına vacib danışıqlarda iştirak etmək üçün getməli olan yüksəkvəzifəli erməni məmurlarından koronovirusla bağlı qan nümunələri götürməlidirlər.

Məlumata görə, bir qrup səhiyyə işçisi artıq baş nazir Paşinyanın qərargahındadır. Paşinyandan analiz üçün qan nümunəsi götürülüb. İkinci qrup Yerevan mehmanxanalarından birində qalır.

Onlar Moskvaya uçmalı olan Paşinyanın şəxsi təyyarəsinin pilotlarını və baş nazir aparatının daha 6 əməkdaşını testdən keçirməlidirlər.

Xatırladaq ki, daha əvvəl Rusiya KİV-i diplomatik mənbələrə istinadən yanvarın 11-də Moskvada keçiriləcək Rusiya, Azərbaycan və Ermənistan liderlərinin görüşü barədə məlumat vermişdi.