02 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Almaniya prezidentindən Vaşinqton AÇIQLAMASI

07.01.2021

 Almaniya Federativ Respublikasının prezidenti Frank Valter Ştaynmayer də ABŞ-da baş vermiş olaylara münasibətini açıqlayıb.

DM xarici KİV-ə istinadən xəbər verir ki, Ştaynmayer baş verənlərdən dərin narahatlıq hissi keçirdiyini söyləyib.

"Vaşinqtonda baş verənlər yalanın nəticəsidir. Yalanın, yalanın, bir daha yalanın. Bunun başqa səbəbi yoxdur. Bu, demokratiyaya hörmətsizliyin göstəricisidir. Baş verənlərdən dərin narahatlıq hissi keçirdim. Nifrət var. Lakin əminəm ki, Amerika demokratiyası nifrətdən daha güclüdür və demokratik qurumlar yalandan daha çox qüdrətə sahibdirlər", - deyə Almaniya prezidenti bəyan edib.