"Tramp ABŞ-ı bədbəxtliyə sürüklədi" - Ruhani 
    
                          
     
                         07.01.2021
 
    
                         İran İslam Respublikasının prezidenti Həsən Ruhani də ABŞ-da baş vermiş olaylara münasibət bildirib.
DM xarici KİV-ə istinadən xəbər verir ki, Həsən Ruhani günahı Donald Trampda görüb.
"Tramp ABŞ-ı bədbəxtliyə sürüklədi. Vaşinqtonda baş verənlər bunu göstərdi. Donald Tramp öz prezidentliyi dövründə bütün Amerikanı pis günə qoyub. Böyük problemlər yaranıb", - deyə İran prezidenti bildirib.