03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rusiya Əsəd rejimini PKK mühasirəsindən çıxardı

07.01.2021

 Rusiya Suriyada Bəşər Əsədə sadiq qüvvələri PKK terror təşkilatının mühasirəsindən çıxarıb.

DM xarici KİV-ə istinadən xəbər verir ki, Rusiyanın müdaxiləsi ilə üç günlük mühasirə sona çatıb. Belə ki, 3 yanvardan etibarən PKK terror təşkilatının Suriya qolu olan YPG qruplaşması ölkənin şimalındakı Haseke vilayətinin Kamışlı şəhəri ətrafında Əsəd rejimi qüvvələrini mühasirəyə salmışdı.

Rusiya üç gündən sonra olaya müdaxilə edib və Əsəd rejimi mühasirədən xilas ola bilib. Həmçinin Rusiyanın vasitəçiliyi ilə tərəflər qarşılıqlı şəkildə əllərində girovları dəyişiblər. Təhvil-təslim prosesindən sonra mühasirənin dayandırılması barədə razılığın şərtlərinin icrası başlanıb.