03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

ABŞ Türkiyəyə qarşı bura ballistik raket yerləşdirdi

07.01.2021

 ABŞ Türkiyəyə qarşı sərhədə ballistik raket yerləşdirib.

DM xəbər verir ki, bu açıqlama ilə Türkiyənin ehtiyatda ola polkovniki Midhət İşıq çıxış edib.

ABŞ-ın Suriyada cənuba - Hasekə, Deyr əz-Zor və Rakka bölgəsinə geri çəkildiyini deyən M.İşıq amerikalıların bu bölgədə PYD/PKK terror təşkilatı ilə neft alış-verişi etdiyini söyləyib:

"Suriya neftinin 90 faizi bu bölgədədir və ABŞ-ın burada 600 əsgəri yerləşdirilib. ABŞ-ın nəzarətindəki terror təşkilatları Suriya hökumətinə neft satır. ABŞ geri çəkildiyi bölgələrdə patrul fəaliyyətini həyata keçirir və Rusiya ilə əməkdaşlıq edir".

Polkovnik ABŞ-ın ötən həftə Hasekəyə ballistik raketlər yerləşdirdiyini söyləyib:

"Türkiyə bu bölgənin təmizlənməsini istəyir, yaxud özünün təmizləyəcəyini israrla ABŞ və Rusiyaya bildirir. Bu səbəbdən ABŞ quru və hava yolu ilə Hasekəyə ballistik raketlər gətirərək burada yerləşdirir. Raketlərin mənzilləri 130-500 kilometr arasında dəyişir. Diyarbəkirə qədər uzanan bir əhatə dairəsi var. ABŞ bunlardan kimə qarşı istifadə edəcək?"