03 05 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Belarusda dövlət rəmzi dəyişdirildi

07.01.2021

 Belarusda dövlət rəmzlərindən birinə dəyişikliklər edilib.

DM Belarus KİV-ə istinadən xəbər verir ki, ölkə gerbinin dizaynı dəyişdirilib. Artıq yeni gerb forması rəsmi şəkildə təsdiqlənib.

Dəyişikliyin Belarus Ədliyyə Nazirliyinin təşəbbüsü ilə edildiyi bildirilib. Səbəb kimi əvvəlki gerbin köhnəlməsi və Belarusun tutduğu mövqeyi tam əks etdirə bilməməsi göstərilib. Yeni gerbin Belarusun Avropa və Rusiyadan bərabər məsafədə durduğunu, heç birinə doğru meyillənməməsi aydın əks etdirilməsi missiyası daşıdığı və buna nail olunduğu açıqlanıb.Yeni gerbin müasirliyi təcəssüm etdiyi vurğulanıb.

Qeyd edək ki, Belarusun əvvəlki gerbi sovet dönəmindən bəri istifadə olunurda və Belorusiya SSR gerbi ilə eynilik təşkil edirdi.