03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edildi

06.01.2021

 Prezident İlham Əliyev "Korrupsiyaya qarşı mübarizə haqqında” qanuna dəyişiklik edilməsi barədə qanunu təsdiqləyib.

DM xəbər verir ki, dəyişikliyə əsasən korrupsiyanın qarşısını almaq üçün vəzifəli şəxslər qanunvericiliklə müəyyən edilmiş qaydada beş min beş yüz manatdan yuxarı olan borcu və min yüz manatdan yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim edəcəklər.

Bu dəyişikliyə qədər vəzifəli şəxslər şərti maliyyə vahidinin beş min misli miqdarından yuxarı olan borcu barədə və şərti maliyyə vahidinin min mislindən yuxarı maliyyə və əmlak xarakterli digər öhdəlikləri barədə məlumatları təqdim etməsi nəzərdə tutulmuşdu.

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev "Şərti maliyyə vahidi haqqında” qanunun ləğv edilməsi barədə qanunu təsdiqləyib.