03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyanın komandası QİYAM QALDIRIR

06.01.2021

 Baş nazir Nikol Paşinyanın komandası qiyama qalxıb.

DM xəbər verir ki, bunu rusiyalı erməni mediamaqnat Aram Qabrelyanov deyib.

"Paşinyanın ətrafındakı mənbələrim məlumat verir ki, baş nazirin komandası qiyam qaldırır. Dünən gecə hakim komandanın bir neçə aktiv üzvü Ararat Mirzoyanın rəhbərliyi altında yaranan situasiyanı müzakirə ediblər”, – deyə o bildirib.

Onun sözlərinə görə, Mirzoyan deputatları rahatlatmağa çalışır, amma mənbələr deyir ki, Mirzoyanın özündə də ciddi dəyişikliklər var:

"Mirzoyan deyib ki, Nikol ordu rəhbərliyinə müraciət edərək, küçələrə ordu yeridilməsini və komendant saatı tətbiq edilməsini istəyib. Bununla müxalifəti qorxutmağa çalışıb. Generallar qəti şəkildə buna etiraz ediblər. Kinoprodüsser Armen Qriqoryanın Paşinyanı kilsəyə buraxmamaqla bağlı çağırışı Paşinyanı özündən çıxartdı. Bütün gecə o, Qriqoryanın həbs edilməsini tələb edib, amma güc strukturlarının imtinasından sonra susub”.