04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Paşinyan özünütəcridə başladı

06.01.2021

 Ermənistan baş naziri Nikol Paşinyan özünütəcridə başlayıb.

DM Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə baş nazirin mətbuat xidmətinin rəhbəri Mane Qevorkyan açıqlama verib. O qeyd edib ki, Nikol Paşinyan epidemioloji şəraitlə bağlı izolyasiya tədbirlərinə başlayıb.

Nikol Paşinyanın koronavirus testi verib-vermədiyi barədə suala və veribsə, testin nəticəsi ilə bağlı soruşulanlara Mane Qevorkyan şərh verməyib. Qeyri-rəsmi mənbələrdə baş nazirin ikinci dəfə COVID-19-a yoluxduğu deyilir.

Qeyd edək ki, Ermənistanın prezidenti Armen Sarkisyan ötən gün koronavirusa yoluxmuşdu. Güman edilir ki, prezidentlə yaxın zamanlarda ünsiyyətdə olduğu üçün baş nazir Nikol Paşinyan özünütəcrid qərarı verib.