04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Koronavirusla bağlı son RƏQƏMLƏR

06.01.2021

 Dünyada yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxanların sayı artaraq 86 milyon 834 min 916 nəfərə çatıb.

DM xarici KİV-ə istinadən xəbər verir ki, pandemiya qurbanlarının sayı 1 milyon 875 min 520 nəfərdir. İndiyədək 61 milyon 533 min 599 infeksiya daşıyıcısı xəstəlikdən sağalıb. Son günlər dünya ölkələri üzrə koronavirusa yoluxma halları kəskin artmaqdadır. Koronavirusa yoluxanların sayına görə ABŞ birinci yerdədir. Bu ölkədə 21 578 606 nəfər virusa yoluxub, 365 620 pasiyent dünyasını dəyişib.

İkinci sırada Hindistan gəlir. İndiyədək bu ölkədə 10 375 478 yoluxma qeydə alınıb. Onlardan 150 151 nəfəri vəfat edib.

Üçüncü sırada yer alan Braziliyada pandemiya dövründə 7 812 007 nəfərdə virus aşkar edilib. Xəstələrdən 197 777 nəfəri həyatını itirib.

Dördüncü yerdə qərarlaşan Rusiyada 3 284 384 yoluxma, 59 506 ölüm faktı qeydə alınıb.

Siyahıda beşinci olan Böyük Britaniyada 2 774 479 nəfər virusa yoluxub ki, onlardan 76 305-i ölüb.