29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyə ilə Azərbaycan arasında daha bir saziş imzalandı

05.01.2021

 Azərbaycan Respublikası Hesablama Palatasının sədri Vüqar Gülmməmədov və Türkiyə Respublikası Hesablama Məhkəməsinin sədri Seyit Ahmet Baş 05 yanvar 2021-ci il tarixində keçirilmiş video-konfrans tədbirində Həmkar qiymətləndirilməsinə dair Saziş imzalayıblar.

DM xəbər verir ki, bu Saziş Azərbaycan Respublikası Hesablama Palatası ilə Türkiyə Hesablama Məhkəməsi arasında əməkdaşlıq haqqında imzalanmış 28.04.2005-ci il tarixli ikitərəfli Sazişə əsaslanır. Türkiyə Hesablama Məhkəməsi Saziş çərçivəsində Hesablama Palatasında audit fəaliyyətinin beynəlxalq audit standartlarına uyğunluğunun ekspert qiymətləndirilməsini həyata keçirəcəkdir. Qiymətləndirmənin məqsədi Hesablama Palatasının maliyyə, uyğunluq və səmərəlilik auditləri daxil olmaqla ümumilikdə audit fəaliyyətinin cari vəziyyətinin audit metodologiyası çərçivəsində qiymətləndirilməsi və boşluqların müəyyən edilməsi ilə beynəlxalq standartlara tam uyğunluğun təmin olunması üzrə tövsiyyələrin verilməsidir. Həmkar qiymətləndirmə tədbiri cari ilin yanvar-fevral aylarında həyata keçirilməklə maliyyə, uyğunluq və səmərəlilik auditlərinin qiymətləndirilməsi üzrə yekun hesabatla nəticələnəcək.