29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Azərbaycanda koronavirusla bağlı son vəziyyət açıqlanıb

05.01.2021

 Ölkə üzrə COVID-19-a yoluxma statistikası açıqlanıb.

DM "koronavirus.az" saytına istinadən xəbər verir ki, ən yüksək yoluxma Bakı şəhərinin payına düşür. Beləliklə də, Azərbaycanda virusa yoluxanların 52.1 faizi paytaxtın payına düşür.

Paytaxtda ən çox yoluxma halları isə Binəqədi rayonundadır (15%). Bundan başqa, Xətai rayonunda 13,1 faiz, Yasamal rayonunda isə 12,2 faiz yoluxma qeydə alınıb.

Digər rayonlarda isə vəziyyət belədir:

Sabunçuda 10,7 faiz, Nəsimidə 7,9 faiz, Suraxanıda və Nərimanovda 8,2 faiz, Nizamidə 7 faiz, Xəzərdə 6,8 faiz, Qaradağda 5,4 faiz, Səbaildə və Pirallahıda isə 0,5 faiz yoluxma halı qeydə alınıb.

Bundan başqa, Aranda 13.4 faiz, Abşeronda 12.9 faiz, Gəncə-Qazaxda 8.2 faiz, Şəki-Zaqatalada 3.1 faiz, Quba-Xaçmazda 3.0 faiz, Lənkəranda 2.9 faiz, Dağlıq Şirvanda 2.5 faiz, Yuxarı Qarabağda 1.4 faizdir.

Naxçıvanda yoluxma 0.04 faiz, ölkə xarici yoluxma isə 0.4 faiz təşkil edir.