29 04 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Taksilərdə qiymət artımı

05.01.2021

 Tarif Şurasının yanacağın qiymətinə dəyişilik etməsi ilə əlaqədar artıq taksi qiymətlərində müəyyən qədər artım müşahidə edilir. Maraqlıdır, dövlət qurumları taksi xidmətində qiymətin artmaması üçün hansı addımları atacaq?

Məsələ ilə bağlı açıqlama verən Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin (DANX) İctimaiyyətlə əlaqələr sektorunun müdiri Nuridə Allahyarova bildirib ki, bölgələrdə fəaliyyət göstərən taksi xidmətində süni qiymət artımının olmaması üçün lazımi tədbirlər görüləcək:

"Taksilər üzrə qiymətlər ya taksi sürücüsünün özü tərəfindən, ya da hansısa taksi şirkəti tərəfindən müəyyən olunur. Yəni burada vahid tarif sistemi mövcud deyil, bu, qanunvericilikdə nəzərdə tutulmayıb. Biz hər hansı qiyməti onlara diktə edə bilmərik. Amma ehtimal var ki, taksi sürücüləri və şirkətlər qiymətləri süni şəkildə artıra bilərlər. Hökumətin aidiyyəti qurumlara tapşırığı var ki, bu məsələ ümumi nəzarətdə saxlanılsın. DANX regionlarda taksi xidmətinə nəzarət edən qurumdur. Düzdür, qiymətlərə təsir edə bilmərik, lakin süni qiymət artımının olmaması üçün müvafiq tədbirlər görüləcək. Bu məsələdə sərnişinlərin ödəmə qabiliyyəti nəzərə alınmalıdır”.

Paytaxtda fəaliyyət göstərən taksilərə nəzarət edən Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev isə bildirib ki, bu xidmət sektorundakı qiymətlər dövlət tərəfindən tənzimlənmir:

"Taksi qiymətləri hazırda bazarın özü tərəfindən tənzimlənir. Burada dövlət tənzimlənməsi tətbiq olunmur”.