29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əlcəzair Fransanı ittiham etdi

05.01.2021

 Əlcəzair Fransanı Qərbi Səhra bölgəsində terrorçulara pul verməkdə ittiham edib.

DM xarici KİV-ə istinadən xəbər verir ki, Fransa tərəfi ittihamları rədd edib. Ölkələr arasında diplomatik gərginlik yaranıb.

Malidə qərbli girovların azad edilməsi üçün Fransanın Qərbi Səhra terrorçularına 80 min avro pul verməsi iddiasını Əlcəzairin Müdafiə Nazirliyi açıqlayıb. Həmçinin bir neçə avropalı girov qarşılığında 200 terrorçunun azad edildiyi də vurğulanıb. Ümumilikdə Fransanın terrorçulara 10-30 milyon avro pul ödədiyi ittihamı da irəli sürülüb.

Fransa prezidenti Emmanuel Makron isə ittihamları cəfəngiyyat adlandıraraq təkzib edib. Hazırda diplomatik gərginlik davam edir