29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İran Süleymani ilə bağlı Trampı "İnterpol"a verdi

05.01.2021

 İran Qasım Süleymaninin öldürülməsi ilə bağlı ABŞ prezidenti Donald Tramp və daha 48 vəzifəli şəxsi "İnterpol"a verib. 

DM xarici KİV-ə istinadən xəbər verir ki, İranda Süleymaninin ölümü ilə bağlı hüquqi prosedurlara başlandığı bildirilib. İraq da daxil olmaqla, 6 ölkə ilə bu sahədə əməkdaşlıq ediləcəyi vurğulanıb. Tramp, Pentaqonun vəzifəli şəxsləri və İraqdakı ABŞ hərbçilərindən ibarət ümumilikdə 48 nəfərlik siyahı Süleymaninin öldürülməsində ittiham edilərək "İnterpol"a verilib.

Qeyd edək ki, Qasım Süleymani 3 yanvar 2020-ci ildə İraqın paytaxtı Bağdad şəhərində hava hücumu nəticəsində ölmüşdü.