03 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baydendən Trump açıqlaması...

05.01.2021

 ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden hazırkı dövlət başçısı Donald Trampın öz işini görmədiyini hesab edir.

DM xarici KİV-ə  istinadən xəbər verir ki, bu barədə Bayden Corciyada tərəfdarları qarşısında çıxış edərkən deyib.

"Onun bu iş nəyinə lazımdır bilmirəm, işləmək istəmir", - deyə Bayden bildirib.

Bayden, həmçinin Trampın koronavirusla mübarizə aparmaq əvəzinə seçki nəticələrindən şikayət etdiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ-da prezident seçkiləri ötən ilin noyabrın 3-də keçirilib. Bayden 306, Tramp 232 səs alıb. 6 yanvarda nəticələr Konqres tərəfindən təsdiqlənməlidir. Amerika liderinin andiçmə mərasimi 20 yanvar tarixinə planlaşdırılıb. Pandemiya səbəbi ilə mərasimdə dəyişikliklər edilib, parad onlayn keçiriləcək.