04 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Tramp seçkilərdəki saxtalığı göstərəcəyinə söz verib

05.01.2021

 ABŞ-ın hazırkı prezidenti Donald Tramp noyabrın 3-də ABŞ-da keçirilən prezident seçkilərinin "həqiqi" nəticələrini göstərəcəyinə söz verib. 

DM "gazeta.ru”ya istinadən xəbər verir ki, ABŞ lideri bu barədə "Twitter” hesabında bildirib.

"Təsdiqlənmiş nəticələrin etibarlı şəkildə səhv olduğu halda səsvermənin nəticələrini necə təsdiq edə bilərsiniz? Gerçək rəqəmləri mənim çıxışım zamanı görəcəksiniz, lakin yanvarın 6-da”, Tramp əlavə edib. 

Qeyd edək ki, ABŞ-ın yeni seçilmiş prezidenti Cozef Baydenin andiçmə mərasiminin yanvarın 20-də keçirilməsi planlaşdırılıb. Pandemiya səbəbindən mərasimin yığcam formatda keçirilməsi qərara alınıb. İnaqurasiya ilə bağlı paradın onlayn keçiriləcəyi bildirilib.