29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Trampın səs yazısı mətbuata sızdı

04.01.2021

 Dünyanın aparıcı qəzetlərindən biri olan "Washington Post", ABŞ Prezidenti Donald Trampla Georgia ştatının Dövlət Katibi arasındakı telefon danışıqlarının səs yazısını yayımlayıb. 

DM xəbər verir ki,  Trampın dövlət katibi Brad Raffenspergeri "seçki nəticələrini onun lehinə çevirmək üçün" addımlar atmağa çağırması iddiası ictimai müzakirələrə səbəb olub.  

Təxminən 1 saat davam edən danışıqda, seçkilərdə uduzmasının səbəbini və kritik ştatladan  biri olan Georgiada seçkilərdə qalib gəldiyini iddia edən Tramp, "İstədiyim budur: 11.780 səs hara yoxa çıxdı", - deyə ifadə işlədib.  

Rəsmi seçki nəticələrinə görə, Donald Tramp 11.797 səs fərqi ilə  demokrat rəqibi Co Baydenə məğlub olub. Lakin Tramp, seçki nəticələrinin onun lehinə qeyd edilməli olduğunu iddia edir.