29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Abazyan məxfi şəkildə Bakıya göndərilir – Minasyan

04.01.2021

 Ermənistan Milli Təhlükəsizlik Xidmətinin direktoru Armen Abazyan Moskvada Azərbaycandan olan həmkarı ilə görüşdən sonra tam məxfi şəraitdə Bakıya göndəriləcək.

DM xəbər verir ki, bu məlumatı Ermənistanın Vatikandakı keçmiş səfiri Mikayıl Minasyan paylaşıb. Onun sözlərinə görə, Abazyanın qarşısında qoyulan hədəf odur ki, şifahi razılaşmaları və biabırçı güzəştləri yazılı şəkildə qeyd edib, rəsmləşdirsin, eləcə də növbəti öhdəliklər götürsün.

Qeyd edək ki, Mikayıl Minasyan keçmiş prezident Serj Sərkisyanın kürəkənidir. Korrupsiyadan dolayı barəsində cinayət işi açılan Minasyan İrəvana gələ bilmir, amma xaricdə oturaraq, Ermənistan hakimiyyətinə qarşı çox aktiv təbliğat aparır.

Maraqlıdır ki, onun bir çox hallarda təsdiqini tapmayan və manipulyasiya edilmiş məlumatlarını erməni mediası böyük həvəslə tirajlayır.