29 04 2024-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Baydenə qarşı bunu etmək doğru deyil – Akar

04.01.2021

 Bayden administrasiyasına qarşı indidən qılınc çəkmək doğru deyil. Prosesi izləmək və buna uyğun bir üsul təyin etmək faydalıdır.

DM xəbər verir ki, bunu Türkiyə müdafiə naziri Hulusi Akar "Hürriyyət” qəzetinə açıqlamasında deyib.

"PKK YPG-yə bərabərdir. Biz gözləyirik ki, bu terror qruplaşmalarına silah-sursat və digər dəstək dayandırılsın. ABŞ-la illərdir ki, münasibətlərimiz var. Onlardan FETÖ-nu istədik, verdilərmi? Yox! Yüzlərlə detal arasından S-400 mövzusunu qabartmaqla nəyəsə nail olmaq mümkün deyil. S-400 bizim üçün seçim deyil, zərurətdir. Bu, 83 milyon vətəndaşımızın təhlükəsizliyi məsələsidir”, - Akar bildirib.