29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İslam Həmrəyliyi Oyunlarının proqramı dəqiqləşib

04.01.2021

 Türkiyənin Konya şəhərində keçiriləcək V İslam Həmrəyliyi Oyunlarında idman növlərinin tam siyahısı dəqiqləşib.

DM APA-ya istinadən xəbər verir ki, 2021-ci il sentyabrın 10-dan 19-dək keçiriləcək multi-idman yarışında 20 növ üzrə qaliblər müəyyənləşəcək.

56 ölkədən 3 minə yaxın idmançının qatılacağı Konya-2021-in proqramına atletika, badminton, basketbol 3x3, velosiped idmanı (trek və şose), gimnastika (aerobika və idman), futbol, güləş (sərbəst və yunan-Roma), ağır atletika, həndbol, cüdo, karate, kikboksinq, stolüstü tennis, taekvondo, voleybol, üzgüçülük, qılıncoynatma, oxatma, ənənəvi oxatma və bocce daxildir.

Qeyd edək ki, bundan əvvəlki İslam Həmrəyliyi Oyunları 2017-ci ildə Bakıda keçirilib.