09 05 2024-cu il Bakı 15 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

"Türkiyə yeni siyasi dövrə qədəm qoydu" - ƏRDOĞAN

09.07.2018

Türkiyə prezident idarəetmə formasına keçməklə yeni siyasi dövrə qədəm qoydu.

"Dövran Media" bildirir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan inauqurasiya mərasimindən sonra etdiyi çıxışda deyib.

Onun sözlərinə görə, xalqın dəstəyi bu məsələdə əsas amil rolunu oynadı:

"Yeni və inkişaf edən Türkiyəyə məhz prezident idarəetmə forması vacib idi".

R.T.Ərdoğan prezident seçkilərində ona etmad göstərən Türkiyə vətəndaşlarına təşəkkür edib.

Qeyd edək ki, bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın inauqurasiya mərasimi keçirilib. Mərasimdə 22 dövlətin rəhbəri, baş nazirlər və 28 ölkənin parlament spikerləri iştirak edib. Azərbaycanı bu möhtəşəm tədbirdə Baş nazir Novruz Məmmədov təmsil edib.

Xatırladaq ki, iyulun 4-də Türkiyə Mərkəzi Seçki Komissiyası prezident və parlament seçkilərinin yekun nəticələrini açıqlayıb.

Yekun nəticələrə əsasən Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində 52,59 faiz, Muharrem İncə 30,64 faiz, Meral Akşener 7,29 faiz, Səlahəddin Demirtaş 8,4 faiz, Təməl Karamollaoğlu 0,89 faiz, Doğu Perinçek 0,2 faiz səs toplayıb.

Parlament seçkilərinə gəldikdə isə Ədalət və İnkişaf Partiyası (AKP) 42,56 faiz, Milliyətçi Hərəkat Partiyası (MHP) 11,1 faiz, Cümhuriyyət Xalq Partiyası (CHP) 22,65 faiz, İYİ partiyası 9,96 faiz, Xalqların Demokratik Partiyası (HDP) 11,7 faiz, Səadət Partiyası (SP) 1,23 faiz, Vətən Partiyası (VP) 0,23 faiz səs toplayıb.

Beləliklə, parlamentdə AKP 295, MHP 49, CHP 146, İYİ partiyası 43, HDP 67 millət vəkili ilə təmsil olunacaq. SP və VP parlamentdə təmsil olunmayacaq.