29 04 2024-cu il Bakı 17 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Ermənistanın qürur yeri özünü belə rəzil etdi

03.01.2021

 Erməni şahmatçı Levon Aronyan bütün dünyada gülüş hədəfinə çevrilib.

DM Baku TV-yə istinadən xəbər verir ki, sosial şəbəkədə yayılmış görüntülərdə onlayn blits şahmat üzrə "Airthings Masters” turnirinin final görüşündə təmsilçimiz Teymur Rəcəbovun rəqibi olan erməni şahmatçı Levon Aronyan bütün dünyanın gözləri qarşısında ən yüngül halda "iyrənc” kimi ifadə edə biləcəyimiz hərəkətlə yadda qalıb. Erməni şahmatçının hərəkəti sosial şəbəkələrdə sürətlə yayılıb.

Görünür, başqalarının tarixini, mədəniyyətini, həyat tərzini, uğurlarını mənimsəmək və oğurlamağı özünə peşə seçmiş ermənilər hətta ən "intellektual”ları səviyyəsində də özlərini ifşa etməyə davam edəcəklər. Atalar yaxşı deyib, su tökməklə quyu dolmaz. Genlərində mədəniyyət olmayanlar isə istər qrossmeyster olsun, istər adi vətədaş, bunu mütləq büruzə verəcək.