06 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Rejissor: Rəmişin vəziyyəti ağırdır

01.01.2021

Məşhur gitara ifaçısı, xalq artisti, Rəmiş ləqəbli Rafiq Hüseynovun vəziyyəti ağırdır.

DM xəbər verir ki, bu barədə tanınmış rejissor Mahir Hüseynbəyli sosial şəbəkədə məlumat yayıb.

Rejissor sənətçinin xəstə yatağından video paylaşaraq, ağdamlı məşhurlara və Mədəniyyət Nazirliyinə səslənib:

"İmkanı olan ağdamlılar, ağdamlı xalq artistləri, iş adamları, vəzifəli şəxslər, 60 ildir Rəmişi əlində bayraq edib, onun ağdamlı olması ilə fəxr edən kəslər, gedib oraları gəzəndə bir Rəmişi də yada salın. Vəziyyəti yaxşı deyil. Aparın Ağdamı görsün”.

Xatırladaq ki, bir müddət bundan əvvəl də Rəmişin vəziyyətinin ağır olması ilə bağlı məlumat yayılmışdı.