06 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Müdafiə naziri yaralı əsgərlərə baş çəkdi - FOTO

31.12.2020

 Dekabrın 31-də Müdafiə Nazirliyinin rəhbər heyəti Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı münasibətilə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında olub.

Müdafiə Nazirliyindən verilən məlumata görə, əvvəlcə ümummilli lider Heydər Əliyevin hospitalın ərazisində ucaldılan abidəsi önünə gül dəstələri qoyulub və ehtiram ifadə edilib.

Müdafiə naziri general-polkovnik Z.Həsənov hospitalda müalicə olunan Vətən müharibəsi qaziləri ilə görüşərək onların səhhəti və reabilitasiya prosesi ilə maraqlanıb, tezliklə sağalaraq xidmət yerlərinə qayıtmalarını arzu edib.

Müdafiə naziri Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin təbriklərini hərbi qulluqçulara çatdıraraq dövlətimizin başçısı adından bayram sovqatlarını təqdim edib.