29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İrlandiya karantini sərtləşdirdi

31.12.2020

 İrlandiya koronavirusun yeni "Britaniya ştammı”nın yayılması səbəbindən karantini sərtləşdirib. Məhdudlaşdırmalar barədə qərar hökumətin təcili iclasında qəbul edilib.

DM xəbər verir ki, bunu milli RTE telekanalının efirində Baş nazir Mixol Martin bilirib.

Baş nazirin sözlərinə görə, İrlandiyada restoranlar və gözəllik salonları bağlanıb, qatarların hərəkəti məhdudlaşdırılıb.

1 yanvar tarixindən etibarən vətəndaşlar evdən yalnız beş kilometr radiusda sərbəst hərəkət edə biləcəklər, qonaq qəbuluna da qadağa qoyulacaq.

Məktəblilərin tətilləri də uzadılıb.

Mixol Martin bu cür məhdudiyyətlərin ən azı 31 yanvar tarixinə qədər qüvvədə qalacağını söyləyib.