29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

İlham Əliyev 3 fərman imzaladı

31.12.2020

 Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli və "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın təsdiq edilməsi haqqında” 2018-ci il 29 avqust tarixli 253 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

DM fərmanın mətnini təqdim edir:

1. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 6 sentyabr tarixli 1592 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, № 9, maddə 1639; 2019, № 2, maddə 219; 2020, № 6, maddə 690) ilə təsdiq edilmiş "İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Nizamnaməsi”ndə aşağıdakı dəyişikliklər edilsin:

1.1. 1.1-ci bənddə "baza (əsas xidmətlər) zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri özündə cəmləşdirən, səhiyyə xidmətlərinin alıcısı olan” sözləri "xidmətlər zərfi çərçivəsində tibbi xidmətlərin maliyyələşdirilməsi üçün vəsaitləri icbari tibbi sığorta fondunda cəmləşdirən, icbari tibbi sığorta üzrə dövlət adından tibbi xidmətlərin mərkəzləşdirilmiş alıcısı funksiyasını həyata keçirən” sözləri ilə əvəz edilsin;

1.2. 3.1.2-ci, 3.1.5-ci, 3.1.7-ci, 3.2.6–3.2.8-ci yarımbəndlərdə və 5.5-ci bənddə hər iki halda "baza (əsas xidmətlər)” sözləri "xidmətlər” sözü ilə əvəz edilsin;

1.3. 3.1.4-cü yarımbənddə "sığorta ehtiyatı fondları yaradır” sözləri "icbari tibbi sığorta ehtiyatlarını yaradır və icbari tibbi sığorta vəsaitlərini idarə edir” sözləri ilə əvəz edilsin;

1.4. 3.1.6-cı yarımbənddə "baza (əsas xidmətlər)” sözləri "xidmətlər” sözü ilə əvəz edilsin və həmin yarımbəndə "tibb müəssisələri ilə” sözlərindən sonra "tibbi xidmətlərin göstərilməsi haqqında” sözləri əlavə edilsin;

1.5. 3.1.9-cu yarımbənddə "baza (əsas xidmətlər)” sözləri "xidmətlər” sözü ilə əvəz edilsin və həmin yarımbəndə "tibbi xidmətlərin” sözlərindən sonra "növünün” sözü əlavə edilsin;

1.6. 3.2.10-cu yarımbənd ləğv edilsin;

1.7. 3.2.12-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.2.12. "Tibbi sığorta haqqında” Azərbaycan Respublikası Qanununun 15-20-ci maddəsinə uyğun olaraq subroqasiya hüququndan istifadə etmək;”.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 29 avqust tarixli 253 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, № 8, maddə 1703; 2020, № 4, maddə 397) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Gənclər Fondunun vəsaitindən istifadə, o cümlədən Fondun vəsaiti hesabına güzəştli kreditlərin verilməsi Qaydası”nın 8.1.3-cü yarımbəndində "əməkhaqqına əlavələrin” sözləri "əməkhaqqından tutulmaların” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə "işsizlikdən sığorta haqqı,” sözlərindən sonra "icbari tibbi sığorta haqqı,” sözləri əlavə edilsin.

***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2021-ci il büdcəsi haqqında fərman imzalayıb.

***
Prezident İlham Əliyev Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Fərmanda deyilir:

Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 19 iyun tarixli 511 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2001, № 6, maddə 409, № 12, maddə 753; 2005, № 3, maddə 160; 2010, № 2, maddə 80; 2011, № 10, maddə 903; 2017, № 5, maddə 780; 2018, № 12, maddə 2607) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”da aşağıdakı dəyişikliklər edilsin:

1. 2.1.2-ci yarımbəndin ikinci abzasından "İbka” sözü çıxarılsın.

2. 2.1.4-cü yarımbəndin birinci abzasında "mərkəzi (milli) banklar” sözlərindən sonra ", milli depozit mərkəzləri” sözləri əlavə edilsin.

3. 3.1.4-cü yarımbənd aşağıdakı redaksiyada verilsin:

"3.1.4. Neft Fondunun investisiya siyasətində valyuta vəsaitinin idarə edilməsinin aşağıdakı ümumi prinsipləri və istiqamətləri öz əksini tapmalıdır:

investisiya portfelinin proqnozlaşdırılan həcmi;

investisiya portfelinin aktivlər və valyutalar üzrə tərkibi və bölgü nisbəti;

investisiya portfelinin hədəf gəlirliliyi;

investisiya portfelinin risklərinin idarə edilməsi üzrə tələbləri;

Neft Fondunun investisiya portfelinin idarə edilməsinə xarici menecerlər cəlb edildiyi təqdirdə, xarici menecerlərə idarəetməyə verilən investisiya portfelinin hissəsi və idarəetməyə verilmə müddəti də daxil olmaqla xarici menecerlər üzrə tələblər.”.

4. 3.2-ci bənd üzrə:

4.1. ikinci abzasdan "(göstərilən ardıcıllığa əməl etmək şərti ilə)” sözləri çıxarılsın;

4.2. dördüncü abzasdan "investisiya portfelinin maksimum ortaçəkili müddətinin (durasiyasının) və” sözləri çıxarılsın;

4.3. beşinci abzasda "investisiya portfelinin müddətinin” sözləri "müvafiq alt portfel üzrə ortaçəkili müddətin (durasiyanın)” sözləri ilə əvəz edilsin.

5. 3.3-cü bəndin yeddinci, səkkizinci və doqquzuncu abzasları müvafiq olaraq aşağıdakı redaksiyada verilsin:

"səhmlərə, kredit reytinqinə malik olmayan borc öhdəliklərinə və daşınmaz əmlaka investisiya edən pay fondlarında, alternativ investisiya fondlarında, o cümlədən səhm (pay) üzrə müştərək investisiyalarda iştirak payları;

daşınmaz əmlak;

London Qiymətli Metallar Bazarı İştirakçılarının Assosiasiyası tərəfindən tətbiq edilən tələblərə uyğun olan qızıl külçələr (qızıl);”.

6. 3.4.2-ci yarımbənddə "valyuta arbitrajı, svop, forvard, fyuçers” sözləri "törəmə maliyyə alətləri” sözləri ilə, "valyuta bazarlarında” sözləri "maliyyə bazarlarında” sözləri ilə əvəz edilsin.

7. 4.2-ci bənd üzrə:

7.1. "gəlirliliyi” sözündən sonra "(gəlirlilik)” sözü əlavə edilsin;

7.2. aşağıdakı məzmunda ikinci cümlə əlavə edilsin:

"Gəlirliliyin hesablanmasında məzənnə dəyişikliyindən yaranan fərq kimi hesablanan qızıl üzrə gəlirlilik nəzərə alınmır.”.