29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Prezidentdən Rəhim Şükürovla bağlı - Sərəncam

31.12.2020

Prezident İlham Əliyev R.İ.Şükürova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalayıb.

DM sərəncamın mətnini təqdim edir:

1. Azərbaycan Texniki Universitetinin 70 illiyi münasibətilə Azərbaycanda mühəndis kadrlarının hazırlanması və texniki elmlərin inkişafında uzunmüddətli xidmətlərinə görə Rəhim İzzət oğlu Şükürova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü verilsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.