04 09 2025-cu il Bakı 23 ℃
DM RADİO
Onlİne xəbər
19/08/2025
13/08/2025
11/08/2025
25/07/2025
05/05/2025
06/02/2025
10/10/2024
19/07/2024
12/07/2024
23/04/2024
16/04/2024
08/04/2024

İran hücuma hazırlaşır...

31.12.2020

 ABŞ kəşfiyyatı Qüds briqadasının komandanı Qasım Süleymaninin ölümünün ildönümündə Pentaqonun Yaxın Şərqdəki qüvvələrinə İranın zərbələr endirməyi planlaşdırdığını bildirib.

DM xəbər verir ki, bu barədə "Foks Nyus” kanalı öz mənbələrinə istinadla məlumat yayıb.

"Kəşfiyyat ABŞ-ın Yaxın Şərqdəki qüvvələri və Vaşinqtonun müttəfiqlərinə qarşı hücumların olacağını ehtimal edir. Narahatlıq doğuran ölkə isə İraqdır”, - kanal bildirib.

Qeyd edək ki, dünən ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı 2 ədəd B-52 strateji bombardmançı təyyarəsinin Yaxın Şərgə göndərildiyini bildirmişdi.