29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Türkiyədə bayrağımızı sökən qadınən başına gələnlər

30.12.2020

Türkiyənin Sivas şəhərində asılmış Azərbaycan bayrağını çıxarıb zibil qutusuna atan qadın saxlanılıb.

DM xəbər verir ki, hadisə şahidləri qadının Azərbaycan bayrağını bir neçə yerdən çıxardığını, sakinlərin isə buna dərhal sərt reaksiya verdiklərini bildiriblər.

"Bayraqları söküb zibil yeşiklərinə atırdı, mən də onları oradan çıxardım. Qadının qarşısını almağa çalışdım, məni təhqir etdi. Şahid olan başqa vətəndaşlarla birlikdə polisə ifadə verəcəm”, - hadisə şahidlərindən biri deyib.

Türk polisi də qadına bu hərəkətinə görə sərt reaksiya verib və onu bölməyə aparıb. Daha sonra üçrəngli bayrağımız qardaş Türkiyənin bayrağı ilə yanaşı asılıb.

Qadının ətrafındakı insanlara davranışına əsasən, onun psixoloji problemləri olduğu deyilir.

Sözügedən hadisə ilə bağlı videonu təqdim edirik: