29 04 2024-cu il Bakı 20 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əsirlikdən qayıdan Bayram Kərimov

30.12.2020

"Bu günləri, azad olunacağımı, yenidən vətənimdə olacağımı xəyal belə etmirdim. Əsirlikdə olduğumu biləndə, hər şeyin bitdiyini düşünmüşdüm. Əsirlik mənim üçün son idi”.

DM Modern.az-a istinadən xəbər verir ki, bunu açıqlamasında erməni əsirliyindən azad olunaraq, bu gün ailəsinə qovuşan Bayram Kərimov deyib.

B.Kərimov Füzuli, Şuşa istiqamətlərində döyüşdüyünü və yaralandığını bildirib:

"Yaralanandan sonra huşumu itirmişəm. Ondan sonrasını xatırlamıram. Ayılanda gördüm ki, Ermənistanda, ermənilərin içərisindəyəm. Əsirlikdə olanda ermənilər öz vəhşiliklərini nümayiş etdirirdilər. Amma bu, bizi sındırmırdı”.

Hərbçi qeyd edir ki, təyyardən düşənə qədər Azərbaycana qaytarılacağı barədə məlumatsız olub:

"Bizi təyyarəyə mindirdilər, heç bilmədik hara aparırlar. Çünki yanımızdakılar ermənicə danışırdılar. Bir də təyyarədn düşəndə anladıq ki, Vətəndəyik. Bu günləri bizə yaşatdığı üçün dəmir yumruq sahibi Ali Baş Komandana, cənab İlham Əliyevə öz təşəkkürümü bildirirəm. Qarabağ Azərbaycandır!”