29 04 2024-cu il Bakı 21 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Əli Nağıyev erməni həmkarı ilə görüşdü

30.12.2020

Azərbaycanın Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev Moskva şəhərində Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin (MTX) rəhbəri Armen Abazyanla görüşüb.

DM-in "Sputnik Armenia”a istinadən verdiyi xəbərə görə, görüş Rusiya Federal Təhlükəsizlik Xidmətinin (FTX) direktoru Aleksandr Bortnikovun təşəbbüsü əsasında baş tutub.

Bildirilib ki, görüşdə bir sıra təcili məsələlər, o cümlədən əsirlərin qaytarılması və itkin düşmüş şəxslərin axtarışı müzakirə olunub.

Qeyd olunub ki, tərəflər bir sıra istiqamətlərdə iş aparmaq barədə razılığa gəliblər.