29 04 2024-cu il Bakı 19 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

2021 üçün hərbi hədəfimiz... - Polkovnik

30.12.2020

2021-ci ildə Vətən müharibəsindən qalib çıxan və 27 ildir işğalda olan tarixi torpaqlarını xilas edən məğrur, yeni bir Azərbaycan görəcəyik. Artıq faktiki olaraq təmas xətti yoxdur, Ermənistanla dövlət sərhəddi mövcuddur. Düşünürəm, bu reallıq 2021-ci ildə ölkəmiz üçün daha böyük işlər görməyə şərait yaradacaq.

Bu sözləri ehtiyatda olan polkovnik Şair Ramaldanov 2021-ci ildə Azərbaycan ordu quruculuğu sahəsində görüləcək işlər haqda danışarkən deyib.

O bildirib ki, ümumilikdə qarşımızda duran bir çox məsələlər var:

"Xüsusilə də ordu quruculuğuna davam etməliyik. Gələn il də Ordumuzun inkişaf etməsi, güclənməsi həm ölkəmiz, həm də region üçün vacibdir. Ordumuz bundan sonra da modernləşdirilməlidir. 2021-ci ildə xüsusilə Hərbi Dəniz Qüvvələrinin inkişaf etdirilməsini zəruri sayıram. Nəzərə almaq lazımdır ki, Hərbi Dəniz Qüvvələri düşündüyümüzdən də çox vacib və həyati bir qüvvədir. Bakı buxtasının, paytaxtın, həmçinin Xəzər sahilində yerləşən neft yataqlarının təhlükəsizliyi həyati önəm kəsb edir. Bu baxımdan 2021-ci ildə Hərbi Dəniz Qüvvələrinə diqqətin artırılmasını zəruri sayıram.

Xəzər dənizi milli maraqlarımız baxımından çox vacibdir. Milli maraqlarımızı qorumaq isə prioritetdir”.