03 05 2024-cu il Bakı 18 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Kimsəsi olmayan şəhidimiz

30.12.2020

 Vətən onun həm anası, həm də atası idi. Bütün qəlbi ilə yetim qalmış arzularını torpağına yurduna bağlamışdı. Yeganə istəyi döyüşlərdən üzüağ çıxmaq idi. Buna görə yaralı olanda belə canını yox vətənini düşünürdü. Son nəfəsini də azad olunan xarı bülbülün torpağında verən 23 yaşlı şəhidimiz Əli Əliyev!

Yaşadığı Qobu qəsəbəsində böyükdən kiçiyə hamı onu tanıyır. Hər kəsin hörmətini qazanmışdı, çünki cəsur idi, ədalətli idi, təmiz qəlbli idi... Sonradan hər 2 valideynini itirən Əliyə qonum-qonşu az da olsa, həm Ana, həm də atasını əvəz etməyə çalışmışdırlar.

Əli bu arzusuna çatır. Tovuz döyüşlərində General Polad Həşimovun şəhid xəbəri onu o qədər sarsıtmışdı ki, yurdunun, şəhidlərin qisasını almaq üçün vətən müharibəsinin ilk günlərindən könüllü olaraq döyüşə atılır.

O sadəcə cəbhəyə getmir. Düşmənə aman verməmək, onun sıralarını darmadağın etmək üçün əlindən gələni əsirgənir. İgidimizin son döyüşü Şuşa ətrafında olub. Yaralı olduğu halda düşmənlə sona qədər mübarizə aparıb. Xain minaatan mərmiləri noyabırın 3-də 23 yaşlı gəncimizin xəyallarına son qoyaraq, onu şəhidlik zirvəsinə ucaldıb.

Qobu qəbiristanlığında ruhu şad uyuyan igid əsğər Əli Əliyev ölümündən sonra ''Vətən uğrunda'' medalına layiq görülüb. İndi yalnız Qobu camaatının deyil, hər bir azərbaycanlının övladı olaraq!