05 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Dəniz üzərində uçan insan

29.12.2020

 ABŞ-ın Los-Anceles şəhərinin səmasında bir neçə aydır müşahidə olunan qeyri-adi fenomenə dair hələ də ağlabatan bir açıqlama verilmir.

DM xəbər verir ki, təxminən 900 metr yüksəklikdə müşahidə olunan naməlum şəxsin videosu Slinq Pilot Akademiyasının pilot təlimatçısı Brendi Fogelman tərəfindən çəkilib.

Fogelmanın sözlərinə görə, jetpək (raketli bel çantası — red.) ilə uçan insana bənzəyən naməlum obyekt təlim uçuşu zamanı görünüb. Eyni zamanda, onun səmada olması barədə heç bir məlumat verilmir.

"Nyu York Tayms” jurnalının verdiyi məlumata görə isə hazırda jetpəklərin çoxu bu qədər yüksəklikdə uçmağa qadir deyil.

"Uçan adam” haqqında məlumat ABŞ Federal Aviasiya İdarəsinə (FAİ) ötürülüb. Hazırda videonun həqiqi olub-olmaması araşdırılır. Federal Tədqiqatlar Bürosu (FTB) da bu işlə maraqlanır.

Qeyd edək ki, bu obyekt Los-Ancelesdə daha əvvəl də görünüb. Avqust ayının sonunda "jetpəklı oğlan”ı səmada iki avaşirkət pilotu, payızda isə bir pilot görüb.