04 05 2024-cu il Bakı 14 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

Sülhməramlılar təlimlərə başladı

29.12.2020

 Rusiyanın Qarabağdakı sülhməramlı kontingentinin hərbi qulluqçuları Xankəndi və Ağdərə poliqonlarında müntəzəm döyüş hazırlığı təlimlərinə başlayıblar.

DM xəbər verir, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Təlimlər zamanı hərbçilər müxtəlif tipli hədəfləri pulemyotlar və snayper tüfənglərindən, silah və tank əleyhinə qumbaraatanlardan, həmçinin zirehli personal daşıyıcılarının "BTR-82A” silahlarından atəşə tutublar.

Bundan başqa, rus sülhməramlıları qumbaraların atılması üzrə tapşırıqları yerinə yetiriblər.

Ümumilikdə 200-ə yaxın rus hərbçisinin və 20-dən çox texnikanın təlimə cəlb edildiyi qeyd olunub.