04 05 2024-cu il Bakı 13 ℃
DM RADİO
Onlİne xəbər
23/04/2024
16/04/2024
08/04/2024
02/04/2024
01/04/2024
29/03/2024
15/03/2024

“Qarabağda tutulan ermənilər geri qaytarılmalı deyil”

29.12.2020

 "Müharibə noyabrın 10-da dayandırılıb. Əsir müharibədə olur. Müharibə dayandırılandan sonra Azərbaycana ərazisində erməni silahlısı varsa o terrorçudur, cinayətkardır. Terrorçular ya məhv edilməli, ya da tutulub Azərbaycan qanunları ilə mühakimə edilərək həbs olunmalıdır”.

DM xəbər verir ki, bunu Demokratiya və Rifah Hərəkatının sədri Qubad İbadoğlu deyib.

O, bildirib ki, tutulanlar əsir adı ilə ermənilərə qaytarılmalı deyil, bu kökündən yalnış yanaşmadır: "Əsirlər müharibədə olur və müharibədə əsir düşənlər dəyişdirilir. Odur ki, 10 noyabrdan sonra Qarabağda tutulan silahlı ermənilərə əsir deməyin, cinayətkar deyin, onlar geri qaytarılmalı deyil, Azərbaycan qanunlarını pozduğuna görə həbs edilib, cəzalandırılmalıdır. 

Geri qaytarılanlar, sonradan silahlanıb, üstümüzə gəlirlər. Onların qondarma məhkəməsi necə ki, Dilqəmi və Şahbazı həbs etmişdi, bizim məhkəmə də də onlara cəza verməlidir”.